Təsvir
Şirkətimizə tikinti sahəsində keyfiyyətə nəzarət proseslərinin düzgün və vaxtında icrasını təmin edəcək Keyfiyyətə nəzarət mühəndisi axtarırıq. Bu vəzifənin əsas məqsədi materialların, avadanlıqların və icra olunan tikinti-quraşdırma işlərinin layihə tələblərinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsidir
- Müəssisəyə daxil olan material, avadanlıq və məhsulların dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
- Tikinti və təmir-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi cizgilərinə və normativ tələblərə uyğun icrasını təmin etmək;
- Subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
- Daxil olan materialların mənşə və keyfiyyət sertifikatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə müvafiq hesabatlar hazırlamaq;
- Keyfiyyətin idarə edilməsi planı, prosedurlar, inspeksiya və test planlarının hazırlanmasında və icrasında iştirak etmək;
- Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
- Daxili və xarici auditlərdə iştirak etmək, ISO və digər müvafiq standartların tələblərinə riayət olunmasını təmin etmək;
- Ölçü alətləri və tikintidə istifadə olunan avadanlıqların kalibrasiyası və sertifikatlaşdırılmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə proseslər üzrə təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək.
Tələblər
- Mühəndislik, Mexanika və ya bənzər sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- ISO standartları üzrə biliklər (Standartların QC proseslərində tətbiq olunması, prosedur və sənədlərin hazırlanması, keyfiyyət yoxlamalarının aparılması və uyğunluğun təmin edilməsində təcrübə);
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
- İş proseslərini geniş perspektivdə qiymətləndirmək, problemləri öncədən görmək və qərarların uzunmüddətli nəticələrini nəzərə alaraq planlar hazırlamaq bacarığı;
- Daxili komanda və xarici tərəfdaşlarla effektiv yazılı və şifahi ünsiyyət qurmaq, məlumatları aydın şəkildə təqdim etmək və qarşılıqlı anlaşmanı təmin etmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Könüllü tibbi sığorta
- Rəqabətli əmək haqqı və bonus sistemi
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Korporativ tədbirlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.