Marketinq üzrə aparıcı mütəxəssis

  • Истекает 12 январь 2025

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Vəzifə öhdəlikləri:

  • Marketinq üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək;
  • Marketinqlə ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək;
  • Websaytlar, sosial media, “leads generation”, küçə reklamı və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq;
  • Layihə kontentlərinə nəzarət etmək və lazımi hallarda yaratmaq;
  • Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək;
  • Agentliklər və digər tərəfdaşlarla görüşlər keçirmək, onların performansı haqqında məlumat toplamaq;
  • Əmlak sektorunda əmlakın bazara yeridilməsi ilə bağlı ideyalar vermək;
  • Layihələrin icrasında cari menecmenti həyata keçirmək.

Tələblər:  

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
  • Səlis Azərbaycan və ingilis dili biliyi (rus dili arzuolunandır);
  • Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq;
  • Yeni trendləri mütəmadi olaraq izləmək;
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı.
  • Komanda idarəetmə və qrup daxilində inkişafın təşkili bacarığı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily12
  • Weekly539
  • Monthly1674