Təsvir
- Yaşayış və kommersiya əmlakları üzrə marketinq strategiyasının hazırlanması və icrası;
- Bazar, auditoriya və rəqiblər ilə bağlı marketinq araşdırmalarının təşkili və təhlili. Əldə olunan nəticələrin strategiyalara tətbiqi;
- Satış və İcarə əmlak layihələri üzrə marketinq fəaliyyətlətinin idarəsi;
- Kampaniyaların, kommunikasiya konseptlərinin və yaradıcı ideyaların hazırlanması və icrası;
- Müvafiq kampaniya və ümumi layihələr ilə bağlı rəqəmsal və ənənəvi kanallar üzrə marketinq; fəaliyyətlərinin planlaşdırılması, icrasının koordinasiyası və performans nəzarəti;
- Tədbir, sərgi, təqdimat və brend aktivasiyalarının planlaşdırılması və həyata keçirilməsi;
- Müvafiq alt komandanın idarə olunması, iş bölgüsü, KPI tətbiqi və komanda inkişafının təşkili;
- Əmlak layihələri üzrə brendin, vizual kimliyin və digər brend elementlərinin hazırlanmasının təşkili;
- Kommunikasiya materiallarının hazırlanması zamanı daxili komandalar və xarici tərəfdaşların brifinqi və koordinasiyası;
- Satış, İcarə, Əməliyyat, Maliyyə, Satınalma və digər komandalarla koordinasiyalı işin təşkili;
- KPI, ROI və marketinq nəticələrinin analizi, aylıq hesabatların hazırlanması;
- ERP/CRM sistemlərində proseslərin düzgün icrasına nəzarət;
- İllik və ya müvafiq marketinq fəaliyyəti büdcə planlarının hazırlanması və xərclərin effektiv idarə olunması.
Tələblər
- Ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Komanda rəhbərliyi və layihə idarəçiliyində praktiki təcrübə;
- Marketinq kommunikasiyası, brend idarəçiliyi və strateji planlaşdırma üzrə dərin biliklər;
- Ənənəvi və Rəqəmsal marketing üzrə bilik və təcrübə;
- Güclü analitik düşüncə və nəticəyönümlü qərarvermə bacarığı;
- MS Office və Google Workspace bilikləri;
- Yüksək təşkilatçılıq, yaradıcı yanaşma və multitasking bacarığı;
- Əmlak marketinqi ilə bağlı iş təcrübəsinə üstünlük veriləcək;
- Rus və ingili dili biliyinə üstünlük veriləcək.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- "Dəyərlisən” PASHA loyality proqramına üzvlük.
- Könüllü tibbi sığorta
- Performansdan aslı olaraq bonuslar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.