Mühafizəçi

  • Deadline 12 April 2026

Şirkətimiz təhkim olunmuş ərazilərdə təhlükəsizlik mühitinin qorunması, potensial risklərin qarşısının alınması və fövqəladə hallara operativ reaksiya göstərilməsi üçün məsuliyyətli və diqqətli Mühafizəçi axtarır.

Vəzifə öhdəlikləri

  • Təhkim olunduğu ərazi və ya məntəqədə personalın və mühitin təhlükəsizliyini təmin etmək;
  • Etika və davranış mədəniyyəti prinsiplərinə uyğun olaraq qonaqlara yüksək səviyyədə xidmət göstərmək;
  • Təhkim olunduğu ərazi və ya məntəqədə təhlükəsizlik qaydalarını tam mənimsəmək və onlara riayət etmək;
  • Aidiyyəti qurumların müəyyən etdiyi təhlükəsizlik tələblərinə əməl etmək;
  • Fövqəladə hallar zamanı operativ və düzgün tədbirlər görmək;
  • Gündəlik əməliyyatlarda potensial riskləri əvvəlcədən müəyyən edərək qarşısının alınması üçün tədbirlər görmək;
  • Təhlükəsizlik standartlarının təkmilləşdirilməsinə və səmərəli tətbiqinə töhfə vermək;
  • Əməkdaşlarla koordinasiyanı təmin etmək və müvafiq hesabatları rəhbərliyə təqdim etmək.

Tələblər

  • Tam orta təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Minimum 175 sm boy göstəricisi;
  • Mühafizə fəaliyyəti üzrə müəyyən edilmiş tələblərə cavab vermək;
  • Rus dilində yaxşı səviyyədə şifahi ünsiyyət bacarığına malik olmaq;
  • Fiziki cəhətdən sağlam olmaq;
  • Stressə davamlı olmaq və fövqəladə hallarda operativ qərarvermə bacarığına malik olmaq.

Vakansiya növü - Tam ştat

Əmək haqqı 600 AZN

İmtiyazlar

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly436
  • Monthly1007