Texnologiya və Aşağı Gərginlik (AG) Sistemləri üzrə Mühəndis

  • Истекает 23 октябрь 2026

Təsvir

Güclü texniki biliklərə və analitik yanaşmaya malik Texnologiya və Aşağı Gərginlik (AG) sistemləri üzrə Mühəndis axtarışındayıq. Namizəd müxtəlif zəif axın sistemlərinin quraşdırılması, sazlanması və mürəkkəb texniki nasazlıqların aradan qaldırılması proseslərini yüksək peşəkarlıqla həyata keçirməlidir.

Vəzifə öhdəlikləri

  • Texnologiya və Aşağı Gərginlik (Avtomatlaşdırma, CCTV, Giriş İdarəetmə, Yanğın Aşkaretmə və s.) sistemlərinin çəkilişi, quraşdırılması və bərpasını həyata keçirmək;
  • Server otaqlarının və Rack kabinələrinin standarta uyğun yığılmasını təmin etmək, xəttlərin başlıqlarının vurulması və test edilməsini yerinə yetirmək;
  • CAT5e/CAT6, IP Video sistemləri və Fiber Optika xəttlərində yaranan qüsurları və texniki problemləri aradan qaldırmaq;
  • Sistemlərin profilaktik xidmətini icra etmək, aparat və proqram təminatı problemlərini həll etmək;
  • Bütün işləri təhlükəsizlik norma və standartlarına (HSE) uyğun şəkildə aparmaq və görülən işlər üzrə hesabatlar hazırlamaq;
  • Yeni çəkilən xəttlərin və quraşdırılan avadanlıqların texniki pasportlaşdırılmasını həyata keçirərək, gələcək xidmət üçün dəqiq sənədləşmə bazasını yaratmaq;
  • Layihə icrası zamanı ortaya çıxan texniki uyğunsuzluqları operativ şəkildə təhlil etmək və şöbə rəhbərinə alternativ həll yolları təklif etmək.

Tələblər

  • Radiotexnika və rabitə, İnformasiya texnologiyaları, Avtomatlaşdırma və idarəetmə, Kompüter mühəndisliyi və ya Elektrik mühəndisliyi sahələri üzrə ali;
  • Aşağı Gərginlik (AG) və texnologiya sistemlərinin quraşdırılması və problemlərin aradan qaldırılması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Analoq və rəqəmsal sistemlər, CCTV texnologiyaları və şəbəkə anlayışları üzrə əsaslı biliklər;
  • Təhlükəsiz iş mühitinin yaradılması və prosedurlara riayət olunması sahəsində biliklər;
  • Güclü qüsurların aşkarlanması, problem həll etmə və alət-avadanlıqlarla işləmək bacarığı;
  • Mürəkkəb mühəndislik layihələrinin oxunması, sxem və çertyojlar əsasında sahədə sərbəst işlərin icra edilməsi bacarığına malik olmaq;
  • Texniki avadanlıqların funksional testlərini müstəqil şəkildə həyata keçirmək və nəticələri rəsmiləşdirmək qabiliyyətinə sahib olmaq.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Korporativ tədbirlər
  • Korporativ loyallıq proqramına üzvlük

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily118
  • Weekly388
  • Monthly2102