Vəzifə öhdəlikləri
- Baş aşpazın və mətbəx komandasının gündəlik tapşırıqlarını yerinə yetirmək;
- Şirniyyat və digər yeməklərin hazırlanması üçün ərzaqları yumaq, təmizləmək, doğramaq və hazırlamaq;
- Səhər yeməyi, nahar və şam menyularının hazırlanması prosesində iştirak etmək;
- Şirniyyat və desertlərin hazırlanmasında aşpaza dəstək olmaq;
- Ərzaqların düzgün saxlanılmasına və son istifadə tarixlərinə nəzarət etmək;
- Yeməklərin və desertlərin təqdimata hazırlanmasına kömək etmək;
Tələblər
- Mətbəx və ya şirniyyat sahəsində iş təcrübəsi üstünlükdür;
- Şirniyyat və desertlərin hazırlanması üzrə ilkin biliklərin olması arzuolunandır;
- Ərzaqların hazırlanması və mətbəx işləri haqqında ilkin biliklərə malik olmaq;
- Gigiyena və qida təhlükəsizliyi qaydalarını bilmək;
- Səliqəli, məsuliyyətli, diqqətli və operativ olmaq;
- Sürətli iş tempində işləmək bacarığı;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.