ƏMƏK FUNKSİYASI
- Şikət əməkdaşlarına, qonaqlara nəzakətli şəkildə kömək etmək və düzgün koordinasiyanı təmin etmək;
- Departamentin iş və davamiyyət cədvəlinin, məzuniyyət planlamasının hazırlanmasına köməklik etmək;
- Digər bölmə/şöbələrin/departamentlərin tələblərinə uyğun olaraq sorğuları hazırlamaq;
- Departamentin işçilərinin işləri barəsində hesabatlarının hazırlanmasına köməklik etmək və birbaşa rəhbərə məruzə etmək;
- Ofis/departament üçün ləvazimatların sifariş etmək;
- 1C sistemə aylıq davamiyyət cədvəlini əlavə etmək;
- Departamentin əməkdaşları üçün gündəlik təmizlənməli və yoxlanmalı olan otaqların siyahısının hazırlamaq;
- Qonaqlar tərəfindən təmizlənməsi istənilməyən otaqların siyahısının hazırlamaq və birbaşa rəhbəri,İnzibati təsərrüfat işləri departamentinin digər işçilərini məlumatlandırmaq;
- Departamentə aid təlimatlara və qaydalara riayət etmək;
- Növbədə olduğu müddət ərzində oteldə baş verən bütün qonaq xidmətləri və tədbirlər barəsində məlumatlı olmaq və departamentin digər işçilərini məlumatlandırmaq;
- Növbə dəyişimi zamanı məlumatın ötürülməsini təmin etmək üçün uyğun təhvil-təslimi həyata keçirmək;
- VİP qonaqlar haqqında İnzibati təsərrüfat işləri departamentinin digər işçilərini məlumatlandırmaq;.
- Departament əməkdaşlarının tapşırıq vərəqəsindəki gündəlik fəaliyyətləri ilə bağlı işləri iş növbəsinin sonunda yoxlamaq;
- Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
- Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
TƏLƏBLƏR
- Orta və ya Ali təhsil
- Müvafiq vəzifə üzrə minimum təcrübə
- Səlis Azərbaycan dili, İngilis dili və Rus dili arzu olunandır
- Son dərəcə məsuliyyətli olmaq
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmaq
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.