Elanın təsviri:
- Ərazi: Bakı
- Maaş: Razılaşma
- Yaş: 21 — 35 yaş
- Təhsil: Ali təhsil
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
- Şirkətin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Şirkətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi;
- Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında şirkətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsi.
- Kredit dövrü ərzində bütün təlimatlarla birlikdə kredit təsdiqi və ödənişlərin yığılması prosesini yoxlamaq.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Maliyyə ya audit sahəsində 1 il iş təcrübəsi;
- Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, və komandada işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Microsoft Office proqramında işləmək bacarağı;
- Ölkədaxili ezamiyyət etmək imkanı;
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Daxili nəzarət şöbəsinin mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərməkləri xahiş olunur.