F Falcon Finance
  • 392

Komplayens şöbəsinin mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komplayens şöbəsinin mütəxəssisi

  • Deadline 8 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elanın təsviri:

  • Ərazi: Bakı
  • Maaş: Razışlaşma
  • Staj: min 5 il
  • Təhsil: Ali təhsil
  • İş rejimi: Tam iş günü (5 gün)
  • Müqavilə: Əmək müqaviləsi

Vəzifə öhdəlikləri:

  • BOKTdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, müvafiq kommunikasiyanın aparılması.
  • BOKT-nin məhsul, xidmətlərinin eləcə də BOKTdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi və komplayens riskinin ölçülüb-bildirilməsi.
  • BOKT-nin müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək.
  • Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət
  • BOKT-nin əməkdaşlarına müvafiq təlimlər keçmək və bu sahədən olan məsələlər ilə əlaqəli məsləhət vermək.
  • ƏL/TMM sahəsi üzrə və FATCA-nı BOKT-da tətbiq etmək məqsədilə BOKTdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə BOKT-nin strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək
  • BOKT-nin strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması
  • Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
  • Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;

Tələblər:

  • Tam ali hüquqi və ya iqtisadi təhsil
  • Minimum 5 il bank və BOKT təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir). Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli, düzgün və etibarlı olmalı
  • MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı
  • Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli
  • Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Komplayens şöbəsinin mütəxəssisi” yazaraq cv-lərini göndərə bilərlər.

  • Daily22
  • Weekly22
  • Monthly1302