BOKT “Falcon Finance” MMC Lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
- Ərazi: Bakı
- Maaş: Razılaşma
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
- Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
- Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;
- Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;
- Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;
- Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
- Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
- Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;
- Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;
- Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.
Tələblər:
- Yaş: 25 — 45 yaş
- Təhsil: Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (bank, BOKT təcrübəsi üstünlükdür);
- Güclü analitik qabiliyyət və satış bacarığı;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
- MS Office proqramlarında işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “lizinq mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.