BOKT Falcon Finance MMC (Zaqatala filialı, Beyləqan filialı) Mikro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifələri üzrə vakansiya elan edir.
İş şəraiti
- Maaş: Əmək haqqı Razılaşma + bonus
- İş rejimi: Tam iş günü (6 gün)
- Müqavilə: Əmək müqaviləsi
Təsvir
- Mikro, kiçik və orta biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və kredit təşkilatını müştəri qarşısında təmsil etmək;
- Müştərilərlə biznes görüşlərin aparılması;
- Kredit əməliyyatlarının icra edilməsi;
- Keyfiyyətli kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı.
- Biznes analizlərin aparılması;
- Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;
Tələblər
- Yaş: 20 — 40 yaş
- Cinsi: Kişi
- Ali təhsil;
- Bank və ya BOKT da ən azı 1 il iş təcrübəsi (Mikro Kredit şöbə üzrə)
- Mükəmməl ünsiyyət qabiliyyəti;
- Analitik düşüncə tərzi;
- Riyazi biliklər;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri (MS Office, MS Outlook);
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini BOKT Falcon Finance MMC (Zaqatala filialı, Beyləqan filialı) Mikro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.