Falcon X komandası genişlənir. Marketing və IT həlləri sahəsində fəaliyyət göstərən agentliyimiz üçün aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış Təmsilçisi axtarırıq.
İş şəraiti
- İş qrafiki: Həftə içi 1–5 gün, Saat 09:00 – 18:00
- İş ofisdən həyata keçirilir
Vəzifə öhdəlikləri:
- Müştərilərlə effektiv ünsiyyətin qurulması
- Marketing və IT xidmətlərinin təqdimatı və satışı
- Mövcud müştəri bazası ilə işləmək və yeni müştərilərin cəlb edilməsi
- Satış prosesinin tam idarə olunması
- Müştəri ehtiyaclarının analiz edilərək uyğun həllərin təklif olunması
Tələblər:
- Satış və ya müştəri münasibətləri sahəsində təcrübə və ya maraq
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Məsuliyyətli və komandada işləmə qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq (əlavə dillər üstünlükdür)
- Marketing və ya IT agentliklərində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
Biz nə təklif edirik:
- Stabil iş qrafiki
- Peşəkar və dinamik agentlik mühiti
- İnkişaf və karyera imkanları
- Rəqabətli əmək haqqı (müsahibə əsasında)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.