Family School Family School
  • 297

Manager Assistant

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Family School təlim və tədris mərkəzinə təşkilati və idarəetmə işlərində rəhbərliyə dəstək göstərə biləcək, yüksək kommunikasiya bacarıqlarına malik Manager Assistant axtarılır.

Vəzifə Öhdəlikləri

  • Tədris prosesinin və dərs cədvəllərinin təşkili və koordinasiyası
  • Tələbələrin dərslərə davamiyyətinə və ümumi davranışına nəzarət
  • Müəllimlərin dərs cədvəllərinə nəzarət və koordinasiya
  • Tələbələrin ümumi dərs qrafikinin idarə olunması
  • Hesabatların hazırlanması və göndərilməsi (reportlar)
  • Tədris prosesində yaranan problemlərin operativ şəkildə həll olunması
  • Tədris mərkəzinin ümumi nizam-intizamının qorunması
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi və hesabatların hazırlanması
  • Tələbələr və müəllimlər arasında effektiv kommunikasiya qurulması
  • Sosial media kontentlərinin hazırlanmasına və idarə edilməsinə dəstək
  • Təhsil proqramlarının və tədbirlərin planlaşdırılmasında iştirak

Namizəddən Tələblər

  • Təhsil sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Dərs cədvəllərini tərtib etmək və tələbələri qruplara yerləşdirmək
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskar yanaşma
  • Sosial şəbəkələrlə (Instagram, Facebook və s.) işləmə bacarığı
  • Təşkilati və idarəetmə bacarıqları
  • İngilis dili biliyi minimum B1 səviyyəsi, Rus dili biliyi isə üstünlükdür
  • Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
  • Ünsiyyətcil, məsuliyyətli, çevik və dinamik olmaq

Üstünlük Verilən Keyfiyyətlər

  • Təhsil sahəsinə maraq və öyrənməyə açıq olmaq
  • Tələbələr və valideynlərlə empatiya qurmaq bacarığı
  • Çoxsaylı vəzifələri eyni anda idarə edə bilmək
  • Detallara diqqət və dəqiqlik
  • Tədbir və layihələrin təşkili zamanı təşəbbüskarlıq göstərmək
  • Etibarlı, dürüst və nəticəyönümlü yanaşma

İş şəraiti

  • İş qrafiki: Həftənin 6 günü. Saat 10:00 dan 20:00 a qədər
  • 2 Hətfə sınaq müddəti olacaq
  • Maaş: 500-700 AZN arası dəyişəcək
  • Ünvan: Həsən Əliyev küçəsi 212A 

CV-lərinizi “Manager Köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily116
  • Weekly448
  • Monthly1866