Kredit Mütəxəssisi

  • Истекает 24 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Famurex MMC komandamıza Kredit Mütəxəssisi vəzifəsinə məsuliyyətli, aktiv və karyera inkişafına maraqlı əməkdaş axtarır.

Namizədə tələblər:

  • Yaş: 25–30
  • Ali təhsil
  • Lombard, BOKT və ya bank sektorunda ən azı 1 il iş təcrübəsi
  • Xüsusilə lombard sahəsində çalışan və ya əvvəllər çalışmış namizədlərə üstünlük verilir
  • Kreditlərin rəsmiləşdirilməsi və kredit analizi üzrə praktiki bilik
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı
  • Satış və müştəri cəlbetmə bacarığı
  • Azərbaycan dilində səlis danışıq; rus dili arzuolunandır
  • MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli və operativ olmaq
  • Komandada işləmək və nəticəyə fokuslanmaq bacarığı

Əsas vəzifələr:

  • Müştərilərin qarşılanması və lombard xidmətləri barədə məlumatlandırılması
  • Kredit müraciətlərinin qəbul edilməsi və təhlili
  • Girovun qiymətləndirilməsi və kreditin rəsmiləşdirilməsi
  • Kredit portfelinə nəzarət
  • Mövcud müştərilərlə münasibətlərin qorunması və yeni müştərilərin cəlb edilməsi
  • Kredit ödənişlərinin və müştəri öhdəliklərinin izlənilməsi
  • Şirkətin daxili prosedur və standartlarına riayət edilməsi

Biz nə təklif edirik:

  • Rəqabətədavamlı əmək haqqı + bonus sistemi
  • Peşəkar və dinamik iş mühiti
  • Lombard və maliyyə sektorunda karyera inkişafı imkanı
  • Müvafiq təlim və inkişaf proqramları
  • Nəticəyə əsaslanan əlavə bonus imkanları
  • Rəsmi əmək müqaviləsi

İş qrafiki: Tam iş günü

İş yeri: Bakı şəhəri

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməlidirlər.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly520
  • Monthly2232