Namizədə tələblər:
- 3D zərgərlik dizaynı sahəsində iş təcrübəsi.
- Rhino 3D proqramında peşəkar işləmək bacarığı.
- Matrix proqramında sərbəst işləmək bacarığı.
- Üzük, sırğa, boyunbağı, qolbaq və digər zərgərlik məmulatlarının 3D modelləşdirilməsi üzrə təcrübə.
- Brilyant və rəngli daşların ölçüləri, oturuş formaları və modellərdə düzgün yerləşdirilməsi üzrə bilik.
- Zərgərlik məmulatlarının texniki xüsusiyyətlərini və istehsal prosesinin tələblərini bilmək.
- İstehsala yararlı, texniki cəhətdən düzgün 3D modellər hazırlamaq bacarığı.
- Detallara diqqətli, yaradıcı və məsuliyyətli olmaq.
- Yeni dizayn trendlərini izləmək və fərqli modellər yaratmaq bacarığı.
İş öhdəlikləri:
- Yeni zərgərlik modellərinin 3D dizaynının hazırlanması.
- Mövcud modellərin sifarişlərə uyğun dəyişdirilməsi və təkmilləşdirilməsi.
- Müştəri tələblərinə uyğun fərdi dizaynların hazırlanması.
- Hazırlanmış modellərin 3D renderlərinin və vizuallaşdırılmasının həyata keçirilməsi.
- 3D modellərin istehsala uyğun texniki yoxlanılması və hazırlanması.
- İstehsalat komandası ilə koordinasiyalı işləmək.
İş şərtləri:
- Əməkhaqqı: Təcrübə və peşəkar bacarıqlara uyğun olaraq razılaşma yolu ilə.
- İş qrafiki: Həftədə 6 gün.
- İş yeri: Bakı şəhəri.
- Portfolio təqdim edilməsi mütləqdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.