Mühasib vakansiyası
İnkişaf edən zərgərlik şirkətimizə məsuliyyətli və peşəkar Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri:
* Müəssisənin mühasibat və vergi uçotunun aparılması;
* Vergi, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
* Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
* İşçilərin işə qəbulu, işdən azad edilməsi və ƏMAS (Əmək Müqavilələrinin Elektron Aktivləşdirmə Sistemi) üzrə əməliyyatların aparılması, müvafiq əmrlərin (əmirlərin) rəsmiləşdirilməsi;
* Vergi və digər məcburi ödənişlərin düzgün hesablanması və vaxtında ödənilməsinin icrası və nəzarət;
* İlkin mühasibat sənədlərinin (hesab-faktura, akt, qaimə, müqavilə və s.) düzgünlüyünün yoxlanılması və icra edilməsi;
* Bank əməliyyatlarının aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət;
* Təchizatçılar, müştərilər və podratçılarla hesablaşmaların uçotu və üzləşmələrin aparılması;
* Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və şirkət xərclərinin uçotunun aparılması;
* 1C proqramında əməliyyatların düzgün əks etdirilməsi və nəzarət (mühasibat uçotu ilə yanaşı, 1C proqram paketinin satış və ticarət idarəetməsi modulu üzrə malların anbar uçotu, satışı, qalıqlarının izlənilməsi və işlənməsi daxil olmaqla);
* İnventarizasiya prosesində iştirak və nəticələrin uçotda əks etdirilməsi;
* Rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması;
* Vergi orqanları, banklar və auditorlarla əməkdaşlıq;
* Mühasibat və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət;
* Zərgərlik məmulatlarının, qiymətli metalların və anbar qalıqlarının uçotuna nəzarət;
* İstehsal, təmir, satış və zərgərlik məmulatlarının hərəkəti ilə bağlı sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi və buna nəzarət;
* Vəzifə üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
* Mühasibat uçotu sahəsində ali təhsil;
* Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
* 1C proqramını sərbəst səviyyədə bilmək;
* Vergi və əmək qanunvericiliyini yaxşı bilmək;
* Analitik düşüncə, məsuliyyət və detallara diqqət;
* Zərgərlik sahəsində iş təcrübəsi üstünlükdür
* Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür.
Biz təklif edirik:
* Stabil və inkişaf edən şirkətdə iş;
* Peşəkar inkişaf imkanı;
* Rahat iş mühiti;
* Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Əlaqə