Vəzifə borcları və öhdəlikləri:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
- Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
- Müştərilərlə əlaqə: Layihənin gedişi haqqında müştəriləri mütəmadi olaraq məlumatlandırmaq və onların suallarını cavablandırmaq.
- Subpodratçılarla iş: Layihədə iştirak edən subpodratçılarla (elektrik, santexnika və s. işləri görən şirkətlər) əlaqələri qurmaq və onların işinə nəzarət etmək.
- Hesabatların hazırlanması: Layihənin gedişi, xərclər və digər mühüm məlumatlar haqqında rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil
- Kompüter bilikləri (Microsoft Office proqramları);
- Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad)
İş şəraiti:
- İş yeri: Azərbaycan regionları;
- İş rejimi: 6 günlük iş həftəsi;
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “İnşaat Mühəndisi” yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.