FastNet Technology MMC FastNet Technology MMC
  • 200

Çağrı mərkəzi operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çağrı mərkəzi operatoru

  • Deadline 19 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Telefon və ya şirkətin sosial şəbəkə səhifələri üzərindən daxil olan zəng və müraciətləri vaxtında və müəyyən edilmiş qaydalara uyğun cavablandırır;
  • Müraciət edənlərə Şirkət tərəfindən göstərilən xidmətlərlə bağlı lazımi məlumatlar, məsləhətlər və istiqamətlər verir;
  • İlkin texniki dəstək xidmətlərini yerinə yetirir;
  • Çağrı mərkəzinə daxil olan şikayət, təklif və tövsiyələri qəbul edir, dinləyir, sualları operativ cavablandırır, qarşıya çıxmış problemin operativ həlli məqsədilə müraciət edənləri aidiyyəti struktur və ya şəxslərlə əlaqələndirir;
  • Çağrı mərkəzinə daxil olan müraciətlərin daxili sistemdə qeydiyyatını aparır, zənglərin elektron reyestrini işləyib hazırlayır və idarə edir;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll edir və zərurət olduğu halda geridönüş zənglərini yerinə yetirir;
  • Müraciət edənlərlə qanunvericiliyə və biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurur;

Namizədə dair tələblər:

  • Azərbaycan və Rus dillərində danışıq;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Ofis avadanlıqları ilə işləmə bacarığı;
  • Öyrənməyə meyilli;
  • Yaş həddi: 24-45.

İş şəraiti:

  • Əmək haqqı: 500-650 AZN;
  • Azərbaycan Respublikası ƏM-ə uyğun işə qəbul;
  • İş qrafiki: Növbəli (gündüz və gecə növbəsi).

Müraciət etmək istəyən namizədlərin CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily44
  • Weekly175
  • Monthly1599