FastNet Technology olaraq, Telekommunikasiya sahəsinə həvəsi olan, şəbəkə texnologiyaları üzrə praktiki biliklər qazanaraq peşəkarlaşmaq istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan edirik!
İş formatı: Yarımştat (Ödənişli təcrübə proqramı)
Ünvan: Bakı şəhəri, Xəzər rayonu
Təcrübə müddətində öyrənəcəkləriniz
- Fiber optik şəbəkənin və GPON avadanlıqlarının quraşdırılması, texniki servisi;
- Modem və routerlərin sazlanması və konfiqurasiya olunması;
- Wi-Fi şəbəkəsinin qurulması və analiz edilməsi;
- Daxili və xarici şəbəkə xətlərinin çəkilməsi, fiber optik kabellərin montajı və optik qaynaq işləri;
- Şəbəkə qutularının (rack) montaj/demontajı və konnektorların montajı;
- Şirkətin fəaliyyət göstərdiyi ərazilər üzrə yaranmış texniki problemlərin operativ həlli;
- Peşəkar heyətin rəhbərliyi ilə tapşırıqların vaxtında və lazımi səviyyədə icrası.
Namizədə qarşı tələblər
- İnformasiya Texnologiyaları (IT), Telekommunikasiya, Rabitə və ya digər əlaqəli ixtisaslar üzrə təhsil alan və ya məzun olmuş namizədlər;
- Şəbəkə texnologiyalarına və sahə (field) işlərinə yüksək maraq və həvəs;
- Yeni texnologiyaları sürətlə öyrənmək və tətbiq etmək qabiliyyəti;
- Problemləri müəyyənləşdirmək və həll etmək yönümlü düşüncə;
- Öyrənməyə həvəsli, məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik
- Ödənişli təcrübə proqramı;
- Real layihələrdə və sahə işlərində praktiki iş təcrübəsi;
- Peşəkar mühəndis və texnik heyəti ilə birbaşa çalışaraq zəngin təcrübə qazanmaq imkanı;
- Uğurlu namizədlər üçün təcrübə proqramından sonra daimi iş imkanı;
- Peşəkar iş mühiti.
CV-nizi mövzu hissəsində "Texnik vəzifəsi üzrə Ödənişli Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.