Fateh İnşaat MMC Korporativ Satış Mütəxəssisi (Xanım) vəzifəsi üzrə vakansiya elan edir
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü (5 gün)
- İş saatları: 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
Vəzifə öhdəlikləri
- Korporativ (B2B) müştərilərin cəlb edilməsi və yeni müştəri bazasının formalaşdırılması;
- Tikinti layihələri, tikinti materialları və şirkətin digər məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;
- Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması;
- Dövlət və özəl müəssisələr, tikinti şirkətləri, podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması;
- Müştərilərin ehtiyaclarının təhlil edilməsi, uyğun kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
- Satış prosesinin bütün mərhələlərinin (sorğu, qiymət təklifi, müqavilə, sifariş və icra) koordinasiya olunması;
- Müştərilərdən daxil olan sorğuların qəbul edilməsi, qeydiyyatı və operativ cavablandırılması;
- Satış müqavilələrinin hazırlanmasına, imzalanmasına və icrasına nəzarət etmək;
- Bazarın və rəqiblərin fəaliyyətini mütəmadi təhlil etmək, rəhbərliyə inkişaf üzrə təkliflər təqdim etmək;
- Aylıq, rüblük və illik satış hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək;
- Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);
- Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi;
- Tikinti sektoru və ya tikinti materiallarının satışı sahəsində təcrübə üstünlükdür;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
- Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;
- Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı;
Şəxsi keyfiyyətlər
- Ünsiyyətcil və təqdimat bacarığı yüksək;
- Aktiv, çevik və təşəbbüskar;
- Danışıqlar aparmaq və inandırmaq bacarığı;
- Məsuliyyətli və intizamlı;
- Müştəriyönümlü yanaşma;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.