Aşpaz (Line Cook) - Wagamama

  • Истекает 2 декабрь 2026

İş Yeri: FBCO LLC

Lokasiya: Port Baku Tower 2

Wagamama – 1992-ci ildə Londonda yaradılmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq restoran brendidir. Bu gün Wagamama dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir və 230-dan çox restoranı ilə milyonlarla qonağa yüksək keyfiyyətli yemək və unikal restoran təcrübəsi təqdim edir. İnkişafa, komandaya və mükəmməl qonaq xidmətinə dəyər verən Wagamama artıq Azərbaycandadır və komandamıza enerjili, məsuliyyətli və inkişaf etməyə həvəsli əməkdaşlar dəvət edir.

Vəzifənin təsviri

  • Aşpaz (Line Cook) vəzifəsinin məqsədi wagamama restoranının müvafiq mətbəx stansiyalarında ilkin hazırlığı həyata keçirmək, yeməkləri texnoloji kartlara, reseptlərə, porsiya və brend standartlarına uyğun hazırlamaqdır. Vəzifə sürətli və keyfiyyətli icranı, qida təhlükəsizliyi və gigiyena qaydalarına riayəti əhatə edir; aşpaz heyətinə rəhbərlik və nəzarət üzrə idarəetmə funksiyalarını nəzərdə tutmur.
  • Təyin olunduğu mətbəx stansiyasında yeməkləri wagamama brendinin təsdiqlənmiş texnoloji kartlarına, reseptlərinə, hazırlanma texnikalarına, porsiya və təqdimat standartlarına uyğun hazırlamaq.
  • Mise en place (ilkin hazırlıq) prosesini həyata keçirmək: verilmiş hazırlıq siyahısına əsasən məhsulları hazırlamaq, doğramaq, porsiyalamaq və iş stansiyasını servisə hazır vəziyyətə gətirmək.
  • Yüksək iş intensivliyi şəraitində sifarişləri müəyyən edilmiş ardıcıllıqla, sürətli və keyfiyyətli hazırlamaq; öz hazırladığı yeməklərin resept və təqdimat standartlarına uyğunluğunu yoxlamaq.
  • HACCP, qida təhlükəsizliyi, şəxsi gigiyena, sanitariya və allergen qaydalarına riayət etmək; allergenlə bağlı xüsusi sifarişləri verilmiş təlimatlara uyğun hazırlamaq və qeyri-müəyyən halları Baş Aşpazla dəqiqləşdirmək.
  • Məhsulları müəyyən edilmiş saxlanma şəraitinə uyğun yerləşdirmək, etiketləmə və istifadə müddətlərinə diqqət yetirmək; FIFO (ilk daxil olan ilk istifadə olunur) və FEFO (istifadə müddəti əvvəl bitən ilk istifadə olunur) prinsiplərini tətbiq etmək.
  • Xammal və ehtiyatlardan səmərəli istifadə etmək, israfın qarşısını almaq; məhsul çatışmazlığı, keyfiyyət uyğunsuzluğu və istifadə müddəti ilə bağlı problemlər barədə məsul aşpaza məlumat vermək.
  • İş stansiyasını, alət və avadanlıqları təmiz və nizamlı saxlamaq, onlardan təlimatlara uyğun istifadə etmək və nasazlıqları məsul şəxsə bildirmək.
  • Baş Aşpazın və növbə üzrə məsul aşpazın tapşırıqlarını yerinə yetirmək, hazırlıq siyahısı üzrə görülən iş və ehtiyaclar barədə məlumat vermək.
  • Mətbəx komandası ilə effektiv əməkdaşlıq etmək və sifarişləri vaxtında hazırlamaq üçün digər stansiyalarla əlaqəli işləmək.
  • Müxtəlif mətbəx stansiyalarında işləməyi öyrənmək və müvafiq təlimdən sonra hazırlıq səviyyəsinə uyğun tapşırıqları yerinə yetirmək.
  • wagamama reseptləri, hazırlanma texnikaları və əməliyyat standartları üzrə təlimlərdə, həmçinin verilmiş tapşırıqlar çərçivəsində yeni menyu məhsullarının sınaq hazırlığında iştirak etmək.

Tələblər

  • Restoran mətbəxində əsas bişirmə texnikalarını bilmək və tətbiq etmək.
  • Texnoloji kartları və reseptləri oxumaq, porsiya və təqdimat standartlarına riayət etmək.
  • Mise en place (ilkin hazırlıq) prosesini həyata keçirmək üzrə baza bilik və bacarıqlarına malik olmaq.
  • HACCP, qida təhlükəsizliyi, gigiyena və allergen qaydalarını bilmək və onlara riayət etmək.
  • Məhsulların düzgün saxlanması, etiketlənməsi və FIFO prinsipləri üzrə biliklərə malik olmaq.

Təhsil

  • Orta və ya peşə təhsili (qida sektorunda arzuolunandır).

İş təcrübəsi

  • Minimum 2–4 il (A’la carte mətbəx təcrübəsi).
  • Asiya mətbəxində iş təcrübəsi məcburi tələb deyil, üstünlük kimi qiymətləndirilir.

Peşəkar bacarıq və kompetensiyalar

  • Yüksək iş intensivliyi şəraitində sürətli, dəqiq və keyfiyyətli işləmək.
  • Stress altında sakit və məhsuldar işləyə bilmək.
  • Baş Aşpazın və növbə üzrə məsul aşpazın təlimatlarını düzgün anlamaq və yerinə yetirmək.
  • Komanda ilə effektiv işləmək, komandanın bir hissəsi kimi düşünmək və ümumi iş nəticəsinə töhfə vermək.
  • Müxtəlif mətbəx stansiyalarında işləməyi öyrənməyə və yeni funksiyaları mənimsəməyə hazır olmaq.
  • wagamama brendinin reseptlərini, hazırlanma texnikalarını və əməliyyat standartlarını mənimsəməyə, təlimlərdə iştirak etməyə və öyrəndiklərini işdə tətbiq etməyə hazır olmaq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily14
  • Weekly137
  • Monthly138