Baş aşpazın müavini / Sous Chef-Wagamama

  • Истекает 11 сентябрь 2026

İş Yeri: FBCO LLC

Lokasiya: Bakı,Azərbaycan

Vəzifənin təsviri

WAGAMAMA AZƏRBAYCAN

  • Wagamama — 1992-ci ildə Londonda yaradılmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq restoran brendidir. İnkişafa, komandaya və yüksək qonaq xidmətinə dəyər verən Wagamama Azərbaycan komandası üçün enerjili, məsuliyyətli və inkişaf etməyə həvəsli Sous Chef axtarır.
  • Rolun məqsədi: Baş aşpazla sıx əməkdaşlıq edərək mətbəxin gündəlik fəaliyyətini, yeməklərin keyfiyyətini və komandanın inkişafını idarə etmək. Baş aşpazın olmadığı hallarda mətbəx komandasına rəhbərlik etmək və müəyyən edilmiş standartların qorunmasını təmin etmək.

Əsas vəzifə öhdəlikləri

  • Mətbəxin gündəlik işini və servis prosesini effektiv idarə etmək, pik saatlarda iş bölgüsünü düzgün təşkil etmək.
  • Yeməklərin resept, dad, keyfiyyət və təqdimat standartlarına uyğun, vaxtında hazırlanmasını təmin etmək.
  • Bütün mətbəx stansiyalarındakı bişirmə texnikalarını bilmək və bu bilikləri komanda ilə bölüşmək.
  • Qida təhlükəsizliyi, gigiyena, allergen, sağlamlıq və təhlükəsizlik, eləcə də brend standartlarına riayət olunmasına nəzarət etmək.
  • Yeni əməkdaşların adaptasiya və təlim prosesini təşkil etmək, komanda üzvlərinə mentorluq və geribildirim vermək.
  • Pozitiv və inklüziv iş mühiti yaratmaq, fərdi və komanda performansını Baş aşpazla birlikdə idarə etmək.
  • Məhsul sifarişlərini, gündəlik ehtiyat səviyyələrini və tullantıların uçotunu düzgün idarə etmək.
  • Ərzaq, əmək və digər mətbəx xərclərini nəzarətdə saxlamaq, qonaq rəyləri əsasında davamlı təkmilləşdirmə aparmaq.

Tələblər

Tələb olunan bacarıqlar

  • Güclü liderlik, komanda idarəetməsi və tapşırıqları düzgün bölüşdürmək bacarığı.
  • Yüksək səviyyəli kulinariya bilikləri, bişirmə texnikaları və yemək təqdimatı üzrə təcrübə.
  • Komanda üzvlərini öyrətmək, inkişaf etdirmək və motivasiya etmək bacarığı.
  • Detallara diqqət, təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı.
  • Effektiv ünsiyyət, kouçinq, problem həll etmə və operativ qərarvermə qabiliyyəti.
  • Gərgin və sürətli iş mühitində çevik işləmək, məsuliyyətli və nəticəyönümlü yanaşmaq.
  • Biznes düşüncəsi və şəxsi-peşəkar inkişafa açıq olmaq.

Təhsil

  • Kulinariya dərəcəsi və ya akkreditə/təyin olunmuş kulinariya məktəbindən ekvivalent sertifikat tələb olunur.
  • İngilis dili biliyi vacibdir (İntermediate, xarici təlimlərə qatılacağı üçün)*

İş təcrübəsi

  • Minimum of 3-5 il aktiv kulinar təcrübəsi
  • Minimum 2 il mətbəx komanda idarəçiliyi təcrübəsi
  • Asiya mətbəxi təcrübəsi üstünlükdür

Əməkhaqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən ediləcək (sabit əməkhaqqı + bonus).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly240
  • Monthly840