İş Yeri: Le Pain Quotidien Restoranı (Sea Breeze)
İş yeri haqqında məlumat:
Le Pain Quotidien — Fransız mətbəxindən ilhamlanan, Belçika mənşəli gündəlik təbii ləzzətləri, səmimi xidmət və Avropa mətbəxi ruhunu birləşdirən beynəlxalq restoran brendidir. Sadəlik, orijinallıq, təbii məhsullar və rahat mühit brendin əsasını təşkil edir. Burada qonaqlar təbii inqrediyentlərlə hazırlanan sağlam yeməklər, təzə bişmiş çörək və dostcasına atmosferlə qarşılaşırlar.
Vəzifənin Qısa Təsviri:
Le Pain Quotidien-də Mətbəx Köməkçiləri xidmət, qida gigiyenası və anbarın idarə edilməsi üçün xüsusi məsuliyyət daşıyır. Onlar qida məhsullarının hazırlanmasını təmin edir, mətbəxin təmizliyini təmin edir və sağlamlıq-təhlükəsizlik qaydalarına əməl edirlər.
Vəzifə və Öhdəliklər:
- Xidmət standartlarına uyğun olaraq həmkarlarla birlikdə yüksək səviyyəli xidmət göstərmək.
- Qida Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun olaraq iş yerini və mətbəx sahəsini təmiz saxlamaq.
- Bütün yeməklərin düzgün formada və doğru temperaturda təqdim edilməsini təmin etmək.
- Qida məhsullarının saxlanması və idarə olunmasının təhlükəsizlik və gigiyena standartlarına uyğun həyata keçirilməsini təmin etmək.
- Allergen prosedurlarına daim əməl etmək.
- Yeməklərin təqdimat, porsiya və təzəlik baxımından brend standartlarına uyğun olmasını təmin etmək.
- Məhsulların hazırlanmasını resept və təlimatlara uyğun həyata keçirmək.
- Restoranın açılışına qədər bütün hazırlıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək.
- Yeməklərin hazırlanmasında rəng kodlu alət və avadanlıqlardan düzgün istifadəni təmin etmək.
- Hazırlanmış məhsulların düzgün qablaşdırılması və uyğun şəraitdə saxlanmasını təmin etmək.
- Məhsulların etiketlənməsi və istifadə müddətinə nəzarət etmək.
- Növbə boyu iş sahəsinin və avadanlıqların təmizliyini və dezinfeksiyasını təmin etmək.
- Kimyəvi maddələrin düzgün saxlanması və istifadəsinə nəzarət etmək.
- Mətbəxin açılması və bağlanması üzrə tapşırıqların yerinə yetirilməsinə cavabdehlik daşımaq.
- Mal qəbulu zamanı keyfiyyət və miqdar uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək.
- FIFO (First In, First Out) prinsipinə uyğun məhsulların düzgün saxlanmasını təmin etmək.
- İsrafı minimum səviyyədə saxlamaq və məhsulların düzgün istifadəsinə nəzarət etmək.
- Şirkət avadanlıqlarından təhlükəsiz və düzgün istifadə etmək, nasazlıqları dərhal rəhbərliyə bildirmək.
- Bıçaqların təhlükəsizlik qaydalarına uyğun şəkildə istifadə və saxlanılmasını təmin etmək.
Peşəkar Bacarıqlar və Kompetensiyalar:
- Əsas gigiyena qaydaları üzrə biliklər
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
- Stresə davamlılıq və motivasiya
- Dəqiqlik və məsuliyyətlilik
Tələblər:
- Orta və ya ali təhsil
- Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
Əmək Şəraiti:
- Əmək haqqı: 840 AZN (Gross) + satışa əsasən bonus (faiz)
- İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
MÜRACİƏT QAYDASI
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Aşpaz” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.