F “FBCO” MMC
  • 442

“FBCO” MMC

Ofisant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofisant

  • Deadline 10 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş Yeri: “Le Pain Quotidien” Restoranı (Sea Breeze)

İş yeri haqqında məlumat:

Le Pain Quotidien — Fransız mətbəxindən ilhamlanan, Belçika mənşəli gündəlik təbii ləzzətləri, səmimi xidmət və Avropa mətbəxi ruhunu birləşdirən beynəlxalq restoran brendidir. Sadəlik, orijinallıq, təbii məhsullar və rahat mühit brendin əsasını təşkil edir. Burada qonaqlar təbii inqrediyentlərlə hazırlanan sağlam yeməklər, təzə bişmiş çörək və dostcasına atmosferlə qarşılaşırlar.

Vəzifənin Qısa Təsviri:

Le Pain Quotidien-də ofisiantlar qonaqlara yüksək xidmət göstərmək, onların ehtiyaclarını vaxtında təmin etmək və restoranın səmərəli işləməsinə töhfə vermək üçün məsuliyyət daşıyırlar. Onlar menyunu təqdim edir, sifarişləri qəbul edir, yemək və içkiləri təqdim edir, piştaxta və masaların təmizliyinə nəzarət edirlər. Komandanın ön cəbhəsində yer alaraq, ehtiyac olduqda mətbəxə dəstək göstərirlər.

 Vəzifə və Öhdəliklər:

  • Qonaqları salamlamaq, qarşılayıb yerləşdirmək və menyu təqdim etmək.
  • Sifarişləri qəbul etmək və vaxtında düzgün şəkildə təqdim etmək.
  • Masaların təmizliyi və səliqəsinə nəzarət etmək.
  • Müştərinin ödənişini kassada həyata keçirmək və yola salmaq.
  • Komanda yoldaşları ilə birgə işləyərək yüksək xidmət keyfiyyəti təmin etmək.
  • Piştaxtanı səliqəli və məhsullarla dolu saxlamaq, vitrin düzülüşünə nəzarət etmək.
  • Pozitiv münasibət nümayiş etdirmək və komandada ruh yüksəkliyi yaratmaq.
  • “Gizli Müştəri” standartlarına uyğun xidmət göstərmək.
  • Növbə üzrə restoranın açılış və bağlanış proseslərində iştirak etmək.

Peşəkar Bacarıqlar və Kompetensiyalar:

  • Əsas gigiyena qaydaları üzrə biliklər
  • Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
  • Stresə davamlılıq və motivasiya
  • Dəqiqlik və məsuliyyətlilik

Tələblər:

  • Orta təhsil
  • Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
  • Rus dili biliyi (arzuolunandır)

Əmək Şəraiti:

  • Əmək haqqı: 670 AZN (Gross) + satışa əsasən bonus (faiz) + bəxşiş
  • İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi
  • Nahar ilə təmin olunma
  • Nəqliyyat xərcinin qarşılanması
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
  • Müasir və rahat iş mühiti

MÜRACİƏT QAYDASI

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly405
  • Monthly2323