İş Yeri: FBCO LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Emporium Café mətbəxində (isti, soyuq və bar mətbəxi daxil olmaqla) bütün qab-qacaq, qazan, tava, alət və avadanlıqların operativ şəkildə təmizlənməsi və sanitar vəziyyətdə saxlanılması.
- Gündəlik təmizlik planına uyğun olaraq mətbəxin bütün sahələrinin (iş sahələri, zemin, divarlar, soyuducular, anbar və tullantı zonası) təmizliyinin təmin edilməsi.
- Sənaye tipli qabyuyan avadanlıqlardan düzgün istifadə etmək, onların gündəlik texniki vəziyyətini yoxlamaq və hər hansı nasazlıq barədə rəhbərliyə məlumat vermək.
- Qida tullantılarının düzgün çeşidlənməsi, təhlükəsiz şəkildə uzaqlaşdırılması və Emporium Café-nin tullantı idarəetmə qaydalarına riayət edilməsi.
- Sanitar və gigiyenik standartlara (HACCP və yerli Qida Təhlükəsizliyi tələbləri) tam uyğunluğun təmin olunması.
- Mətbəx komandasının fasiləsiz işləməsi üçün təmiz, nizamlı və hazır iş mühitinin davamlı şəkildə qorunması.
- Gündəlik və həftəlik dərin təmizlik planlarına uyğun işlərin yerinə yetirilməsi və müvafiq qeydiyyatın aparılması.
- Mətbəx stansiyalarına və avadanlıqlara uyğun olaraq kimyəvi təmizləyici vasitələrdən düzgün və təhlükəsiz istifadə edilməsi.
Tələblər
- Müvafiq vəzifə üzrə minimum 1-2 il iş təcrübəsi.
- Dəqiqlik, təmizkarlıq və yüksək məsuliyyət hissi.
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Müasir və rahat iş mühiti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.