İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Vəzifə öhdəlikləri:
Ofis idarəçiliyi:
- Ofisin gündəlik fəaliyyətinin təşkili və koordinasiyası
- Qonaqların qarşılanması və əlaqədar şəxslərə yönləndirilməsi
- Ofis ləvazimatlarının və təsərrüfat ehtiyaclarının təchizatı və uçotu
- Elektron və fiziki sənədlərin dövriyyəsinin təmin olunması
- Komanda ilə gündəlik iş axınının effektiv şəkildə təşkilinə dəstək
İnsan resursları sahəsi üzrə:
- İşə qəbul proseslərinin təşkili (elanların yerləşdirilməsi, ilkin seçim, müsahibələrin təşkili)
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və idarə edilməsi
- Davamiyyətin və məzuniyyətlərin izlənməsi
- İşçilərlə bağlı daxili sənədlərin (əmrlər, ərizələr və s.) hazırlanması
- Əmək qanunvericiliyinə uyğun HR prosedurlarının yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Yüksək təşkilatçılıq bacarığı və operativlik
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində səlist danışıq və yazı qabiliyyəti
- İngilis dili biliyi üstünlükdür
Biz nə təklif edirik?
- Kreativ və peşəkar kollektivdə çalışma imkanı
- Karyera inkişafı üçün perspektivli mühit
- Rahat və müasir ofis şəraiti
- Maraqlı və dinamik layihələrdə iştirak imkanı
- Əmək münasibətlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi subject hissəsində “Ofis Meneceri / HR” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərin.