Vəzifə öhdəlikləri
- Ofisin gündəlik inzibati fəaliyyətinin təşkil və koordinasiya edilməsi
- Ofisdə nizam-intizamın və iş şəraitinin təmin olunmasına nəzarət edilməsi
- Ofis ləvazimatları, dəftərxana və digər zəruri materialların sifarişinin və uçotunun aparılması
- Ofis avadanlıqlarının və inventarların vəziyyətinə nəzarət edilməsi
- Texniki nasazlıqların və təmir işlərinin vaxtında aidiyyəti şəxslərə bildirilməsi və icrasının koordinasiyası
- Təmizlik, təhlükəsizlik və digər xidmətlərin təşkilinə nəzarət edilməsi
- Qonaqların qarşılanması və aidiyyəti şəxslərə yönləndirilməsi
- Daxil olan və göndərilən sənədlərin, məktubların və kuryer çatdırılmalarının koordinasiyası
- Görüşlərin, iclasların və digər ofis tədbirlərinin təşkilində iştirak edilməsi
- Rəhbərliyin inzibati tapşırıqlarının icra və koordinasiya edilməsi
- İşçilərin ofis ehtiyaclarının operativ şəkildə qarşılanmasının təmin edilməsi
- Ofis sənədlərinin və inzibati məlumatların sistemli şəkildə saxlanılmasının təmin edilməsi
- Şirkətin daxili qaydalarına və məxfilik prinsiplərinə riayət edilməsi
- Rəhbər və qonaqlar üçün çay, qəhvə və suyun təqdim olunmasının təmin edilməsi;
- Vəzifə üzrə rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi
Tələblər
- Cins: Qadın
- Yaş: 25-40
- Kompyuter bilikləri: 1C, MS Office (Excel, Word) proqramlarını bilməli
- Nizam-intizamlı, işində dəqiq və məsuliyyətli
- Ünsiyyətcil, təşəbbüskar
- Komandada işləmək bacarığı
- Analitik zəka, məntiq, müştərilərlə işləmək qabiliyyəti
- Mükəmməl kommunikasiya qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş şəraiti
- İş qrafiki: 5 günlük
- Əlavə nömrəsi şirkət tərəfindən təqdim olunur
- Nahar şirkət tərəfindən qarşılanır
- İş yeri: Gənclik metrosu
- Əmək haqqı-700 AZN
Göstərilən tələblərə cavab verən şəxslərin “Ofis meneceri” başlığını qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: