Ferrum Capital Ferrum Capital
  • 918

Alman dilli ölkələr üzrə koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Alman dilli ölkələr üzrə koordinator

  • Deadline 29 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Alman dilli ölkələr üzrə koordinator vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil (İdarəetmə və ya iqtisadi sahədə)
  • Alman dilini səlis formada bilməli
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı
  • Planlaşdırma və təşkilatçılıq bacarığı
  • Komanda ilə yaxşı işləmə bacarığı 
  • Eyni anda bir neçə layihəni idarə edə bilmək
  • Layihə idarəetmə proqram təminatı alətləri ilə təcrübə (Notion, Jira, MS Project)

Alman dilli ölkələr üzrə koordinator  nə iş görür?

  • Alman dilli ölkələr üzrə yazılı və şifahi danışıqların aparılması və əlaqələrin qurulması
  • Biznes görüşlərinin təşkil edilməsi və görüşlərdə iştirak etmək
  • Korporativ iclasları təşkil etmək və ona nəzarət etmək, qeydlər aparmaq, protokollaşdırmaq və verilən göstərişlərin icrasına nəzarət etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00–19:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Alman dilli ölkələr üzrə koordinator qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily37
  • Weekly375
  • Monthly2013