Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Assistent (Alman dilli) vakansiyası elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil (İdarəetmə və ya iqtisadi sahədə)
- Alman dili (əla), Rus dili (əla), İngilis dili (üstünlükdür)
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı
- Planlaşdırma və təşkilatçılıq bacarığı
- Komanda ilə yaxşı işləmə bacarığı
- Eyni anda bir neçə layihəni idarə edə bilmək
- Layihə idarəetmə proqram təminatı alətləri ilə təcrübə (Notion, Jira, MS Project)
Assistant (Alman dilli) nə iş görür?
- Fərqli layihələrin detalları ilə bağlı müntəzəm olaraq araşdırmalar aparmaq
- Layihə irəliləyişini izləmək və hesabat vermək
- Korporativ iclasları təşkil etmək və ona nəzarət etmək, qeydlər aparmaq, protokollaşdırmaq və verilən göstərişlərin icrasına nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Assistant (Alman dilli)” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.