Ferrum Capital Ferrum Capital
  • 253

Çayçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çayçı

  • Deadline 13 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində çayçı vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

  • Təmizkar və səliqəli olmalı 
  • İntizamlı və məsuliyyətli olmalı

Çayçı nə iş görür?

  • Rəhbərlərə, şirkət qonaqlarına və müştərilərinə çay, kofe verilməsi
  • Mətbəxin və istifadə edilən əşyaların təmiz saxlanılmasına nəzarət edilməsi
  • Mətbəxlə bağlı aylıq ehtiyacların vaxtında müvafiq şöbəyə bildirilməsi

Əlavə məlumat

  • 5 günlük iş qrafiki – 10:00 – 19:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Çayçı qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

  • Daily0
  • Weekly0
  • Monthly1296