Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Hüquqşünas (İcra sahəsi üzrə) vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Hansı özəlliklərə malik olmalıdır?
- Hüquq sahəsində ali təhsil;
- Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
Hüquqşünas (İcra sahəsi üzrə) nə iş görür?
- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
- İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
- İcraatda olan və icraatı tamamlanmış icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
- Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
- İcra şöbələrində nümayəndə qismində iştirak etmək.
Əlavə məlumat
- Bazar ertəsi – Cümə: 08:30 – 17:30
- Əmək haqqı – 500 AZN + Bonus (500-700 azn civarında)
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Hüquqşünas (İcra sahəsi üzrə)” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.