İnsan Resursları üzrə Mütəxəssis / Menecer

İnsan Resursları üzrə Mütəxəssis / Menecer

  • Deadline 2 December 2026

Məşğulluq növü: Tam iş günü (Full-time)

İşin Təsviri

Şirkətin kadr ehtiyaclarının (xüsusilə şəbəkə/IT mühəndisləri, GPON/montaj texnikləri, B2B/B2C satış və müştəri xidmətləri heyəti) operativ ödənilməsi, daxili KPI/performans sisteminin qurulması, HR kargüzarlığının aparılması və korporativ mədəniyyətin inkişaf etdirilməsi.

 

Əsas Öhdəliklər

 İşəqəbul (Recruitment): Texniki və inzibati vakansiyalar üzrə işəqəbul prosesini idarə etmək (müsahibələrin təşkili, qiymətləndirmə).

 KPI və Performans İdarəetməsi: Şöbələr (xüsusilə GPON texniki heyəti, müştəri xidmətləri, satış və IT) üzrə performans göstəricilərinin (KPI/OKRs) təyin edilməsi, dövrü hesablanması və hesabatlılığın aparılması. KPI nəticələrinə əsasən aylıq/rüblük bonus və motivasiya sisteminin hesablanıb rəhbərliyə təqdim edilməsi.

 ƏMAS İnteqrasiyası: ƏMAS (Əmək bildirişləri alt sistemi) üzərindən əmək müqavilələrinin bağlanması, xitamı və dəyişikliklərin daxil edilməsi.

 Kadr Kargüzarlığı: Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının (əmrlər, məzuniyyət qrafikləri, iş vaxtının uçotu tabeli) aparılması.

 Adaptasiya və Saxlanılma: Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili və kadr axıcılığının (turnover rate) azaldılması üzrə tədbirlərin görülməsi.

 Əməyin Mühafizəsi: Texniki heyətin əmək mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması prosesinə nəzarət.

 

Tələblər

 Təhsil: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, Psixologiya və ya uyğun sahə).

 Təcrübə: Müvafiq sahədə (üstünlük: Telekommunikasiya, IT, Tikinti və ya Sahə/Field operational şirkətlər) minimum 2-4 il iş təcrübəsi.

 KPI bilikləri: KPI və performans idarəetmə sistemlərinin qurulması və hesablanması üzrə praktiki təcrübə.

 Qanunvericilik və ƏMAS: AR Əmək Məcəlləsini və ƏMAS sistemində işləmək qaydalarını mükəmməl bilmək.

 Texniki kadr axtarışı: IT/Texniki profilli kadrların axtarışı və cəlb edilməsi kanallarını bilmək.

 Bacarıqlar: Yüksək analitik düşüncə, MS Excel bilikləri, ünsiyyət və təşkilatçılıq bacarıqları.

 Dil bilikləri: Azərbaycan dili – mükəmməl; Rus və ya İngilis dili bilikləri üstünlükdür.

 

Əlaqə üçün 010 234 07 34

  • Daily96
  • Weekly219
  • Monthly220