Vəzifə öhdəlikləri:
- Beton qarışıqlarının hazırlanması və onların keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi;
- Müxtəlif beton tiplərinin hazırlanması üçün tələb olunan materialların miqdarının və nisbətinin müəyyən edilməsi;
- Beton istehsalının hər mərhələsində keyfiyyətə nəzarət edilməsi;
- İstehsal texnologiyalarının təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi;
- Laborator analizlərin aparılması və nəticələrin qiymətləndirilməsi;
- Betonun möhkəmlik, sıxlıq, suya davamlılıq və digər texniki göstəricilərinə nəzarət;
- Tikinti sahəsində keyfiyyətli betonun vaxtında çatdırılmasını təmin etmək;
- Layihələrin texniki sənədlərinə uyğun olaraq istehsalın aparılması.
Tələblər:
- Beton texnologiyası sahəsində ali təhsil;
- Beton üzrə texnoloq vəzifəsində ən azı 3 il iş təcrübəsi;
- Beton qarışıqlarının tərkibi və xüsusiyyətləri haqqında geniş biliklər;
- Laboratoriyada işləmə təcrübəsi;
- Texniki sənədlərlə işləmə bacarığı;
- Komanda ilə işləmək bacarığı və liderlik qabiliyyəti;
- Azərbaycan və rus dillərini bilmək (ingilis dili üstünlükdür);
- Məsuliyyətli, detallara diqqət edən və nəticəyə yönümlü olmaq.
Təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı - 1000 AZN
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Rahat iş mühiti və güclü kollektiv.
Iş yeri ZABRAT
Müraciət etmək üçün CV-nizi [email ünvanı] ünvanına göndərə bilərsiniz.