Komandamıza Mühasib axtarırıq
Rəqəmlərlə işləməyi sevirsən, məsuliyyətlisən və real mühasibat təcrübəsi qazanmaq istəyirsənsə — səni komandamızda görmək istərdik!
İş şəraiti
- İş yeri: Bakı, Lütfizadə Texnologiya Mərkəzi
- İş qrafiki: 5 gün / 10:00 – 17:00
- Əmək haqqı: 500 AZN (net) + bonuslar
- Rəsmiləşmə: Rəsmi əmək müqaviləsi
Sənin əsas işlərin:
- Elektron qaimə və alış aktlarının hazırlanması, daxil olan e-qaimələrin təhlili
- Təchizatçı, vergi və digər ödənişlərin vaxtında edilməsi
- DSMF, statistika və vergi hesabatlarının hazırlanması (aylıq, rüblük, illik)
- Onlayn kargüzarlıqların gündəlik yoxlanılması və deadline-ların izlənməsi
- Debitor və kreditor uçotunun aparılması, tələb olunması
- ERP sistemində gündəlik mühasibat əməliyyatlarının icrası
- Kassa mədaxil və məxaric sənədlərinin hazırlanması
- Müqavilə, hesab-faktura və aktların tərtibi
- Sənədlərin çapı və elektron arxivləşdirilməsi
- Daxil olan müqavilələrin təhlili
- İşçilərin qəbulu və kadr sənədlərinin tam rəsmiləşdirilməsi
- Əmək müqavilələrinin bağlanması və xitam verilməsi
- Əmək haqqının hesablanması və iş vaxtı tabelinin aparılması
- Məzuniyyətlərin, analıq və sosial məzuniyyətlərin idarə olunması
- Əmək haqqı kartlarının sifarişi və vaxtında yenilənməsi
- İşçilərin İSB ilə sığortalanması və nəzarəti
Səndən gözləntilərimiz:
- Minimum 6 ay müvafiq iş və ya təlim təcrübəsi
- MS Office (xüsusilə Excel) biliyi
- Diqqətli, məsuliyyətli və operativ olmaq
- Fundamental mühasibat bilikləri
- Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq
- 1C biliyi arzuolunandır, məcburi deyil.
Biz nə təklif edirik?
- Stabil və rahat iş mühiti
- Real praktika və inkişaf imkanı
- Özünü doğrultduğun halda maaş artımı və bonuslar
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərsiniz. Başlıqda “Mühasib” qeyd edin zəhmət olmasa.