FINCA Azerbaijan FINCA Azerbaijan
  • 315

Kredit Satışı üzrə Mütəxəssis (İmişli filialı üzrə)

  • Истекает 1 июнь 2025

Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Təyin olunmuş ərazi üzrə müştərilərin biznes və təsərrüfatlarına səfər edərək potensial müştərilərlə görüşmək.
  • Müştəri ehtiyaclarını anlayaraq təşkilatın mövcud kredit məhsullarını, habelə bu məhsulların şərtlərini izah etmək.
  • Marketinq və təqdimat məqsədilə, həmçinin yeni satış imkanları əldə etmək üçün posterlər, broşuralar, flayer kimi materialları hədəf müştəri qruplarına yaymaq.
  • Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri təqdim etmək.
  •  Müştəri cəlbi, planlaşdırılan fəaliyyətlərə dair Ərazi Menecerinə müntəzəm hesabat təqdim etmək.

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil və ya Kollec təhsili.
  • Birbaşa müştəri cəlbində iştirak etməklə, Banklarda və ya Bank olmayan kredit təşkilatları / Lizinq şirkətilərində Mikro və biznes kreditlərinin verilməsində minimum 2 il iş təcrübəsi.
  • Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları.
  • Məhsul və xidmətlərin satış texnikalarına bələd olmaq.
  • Müştəri ehtiyaclarını anlamaq, müxtəlif profildə olan müştərilərlə məhsuldar ünsiyyət qura bilmək və idarə etmək bacarığı.
  • Microsoft Ofis proqramlarından istifadə edə bilmək bacarığı.
  • Azərbaycan dilində səlis danışmaq.

Xüsusi tələblər:

  • Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily2
  • Weekly588
  • Monthly208