Kredit Satışı üzrə Mütəxəssis (İmişli filialı üzrə)

  • Истекает 17 апрель 2026

FINCA Azerbaijan” Qeyri-Bank Kredit təşkilatı İmişli filialı üçün "Kredit Satışı üzrə Mütəxəssis" vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Təyin olunmuş ərazi üzrə müştərilərin biznes və təsərrüfatlarına səfər edərək potensial müştərilərlə görüşmək.
  • Müştəri ehtiyaclarını anlayaraq təşkilatın mövcud kredit məhsullarını, habelə bu məhsulların şərtlərini izah etmək.
  • Marketinq və təqdimat məqsədilə, həmçinin yeni satış imkanları əldə etmək üçün posterlər, broşuralar, flayer kimi materialları hədəf müştəri qruplarına yaymaq.
  • Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri təqdim etmək.
  • Müştəri cəlbi, planlaşdırılan fəaliyyətlərə dair Ərazi Menecerinə müntəzəm hesabat təqdim etmək.

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil və ya Kollec təhsili.
  • Birbaşa müştəri cəlbində iştirak etməklə, Banklarda və ya Bank olmayan kredit təşkilatları / Lizinq şirkətilərində Mikro və biznes kreditlərinin verilməsində minimum 1 il iş təcrübəsi.
  • Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları.
  • Məhsul və xidmətlərin satış texnikalarına bələd olmaq.
  • Müştəri ehtiyaclarını anlamaq, müxtəlif profildə olan müştərilərlə məhsuldar ünsiyyət qura bilmək və idarə etmək bacarığı.
  • Microsoft Ofis proqramlarından istifadə edə bilmək bacarığı.
  • Azərbaycan dilində səlis danışmaq.

Xüsusi tələblər:

  • Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Peşəkar beynəlxalq iş mühiti
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly341
  • Monthly1471