FINCA Azerbaijan FINCA Azerbaijan
  • 577

Problemli kredilət üzrə İşçi (Baş ofis üzrə)

Problemli kredilət üzrə İşçi (Baş ofis üzrə)

  • Deadline 22 Sentyabr 2025

Rol haqqında

Problemli Kreditlər üzrə Yığım işçisi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.

Vəzifə sahibi həmçinin müştərilərə dair qeydiyyata alınmış bütün məlumatları təhlil etmək və portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək üzrə cavabdeh işçidir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin geriyığımına nail olmaq
  • Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək
  • Gecikmədə olan müştərinin carı ödəniş qabiliyyətini analiz edib, gecikmədə olan məbləğin bərpası üçün müştəriyə alternativlər təklif etmək
  • Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq
  • Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıcıllığını müəyyənləşdirmək
  • Səmərəli danışıq üsulu seçmək və mövcüd müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək
  • Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq

Tələblər

  • Təhsil: Ali (Bakalavr) istənilən sahədə
  • İş Təcrübəsi: Bank və yaxud Qeyri Bank (Sığorta və s.) sahələrdə Problemli Kreditlər üzrə Zəng Mərkəzində və ya oxşar vəzifələr təcrübə arzuolunandır
  • Ünsiyyət bacarıqları (əla səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Analitik Düşüncə bacarığı
  • Yenilikçi, Dəyişikliklərə uyğunlaşma bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, Rus dilini bilmək üstünlükdür
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook)

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1 ilədək
  • Vəzifə dərəcəsi Gənc mütəxəssis
  • Təhsil Bakalavr

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily24
  • Weekly605
  • Monthly1854