FINCA Azerbaijan FINCA Azerbaijan
  • 255

Problemli kreditlər üzrə İşçi

  • Deadline 17 April 2026

Rol haqqında:

  • Problemli Kreditlər üzrə İşçi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.

Vəzifə öhdəlikləri

  • Təyin olunmuş problemli (Hard) kredit portfelinin effektiv şəkildə idarə olunması
  • Borcalanlarla mütəmadi əlaqənin saxlanılması və borcun qaytarılması üzrə danışıqların aparılması
  • Məhkəmə qərarı olan kredit hesabları üzrə məcburi icra tədbirlərinin icrasına nəzarətin təmin edilməsi
  • İcra tədbirlərinin gecikdirildiyi hallar aşkarlandıqda dərhal hüquqşünaslara məlumat verilməsi və proseslərin koordinasiyası
  • Problemli kreditlərin təhlili, risklərin müəyyən edilməsi və 
  • müvafiq hesabatların hazırlanması
  • Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması və bərpa göstəricilərinin artırılması üçün təkliflərin hazırlanması

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə və ya hüquq sahələri üzrə üstünlük verilir)
  • Bank və ya kredit təşkilatında problemli kreditlər, (məhkəmə qərarı olan hesablar üzrə təcrübə üstünlükdür) minimum 6 ay iş təcrübəsi
  • Hüquqi proseslər, icra mexanizmləri və sənədləşmə prosedurları üzrə biliklər üstünlükdür
  • Çətin müştərilərlə işləmək, danışıqlar aparmaq və konfliktləri idarə etmək bacarığı
  • Analitik düşüncə tərzi, yüksək məsuliyyətlilik və operativlik
  • Azərbaycan dilində sərbəst, səlis və aydın ünsiyyət bacarığı

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Peşəkar beynəlxalq iş mühiti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily95
  • Weekly339
  • Monthly1469