Mühasib

  • Deadline 9 September 2026

MÜHASİB

 

FINDATAX Consulting komandasına Mühasib axtarırıq.

Əgər mühasibatlıq sahəsində inkişaf etmək, vergi uçotu və hesabatlarının hazırlanması üzrə praktiki biliklərinizi artırıb, aparıcı və ya baş mühasib səviyyəsinə yüksəlmək istəyirsinizsə, sizi komandamıza dəvət edirik.

 

Vəzifə öhdəlikləri

  • Vergi hesabatlarının (SVB, ÖMV, ƏDV, Vahid Bəyannamə) hazırlanması və təqdim edilməsi;
  • Vergi uçotunun aparılmasına dəstək;
  • E-qaimə və digər elektron vergi sənədləri ilə iş;
  • ƏMAS Portalında zəruri əməliyyatların edilməsi;
  • Vergi orqanları ilə yazışmaların və digər proseslərin həyata keçirilməsinə dəstək;
  • Rəhbərlik tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarının icrası.

 

Namizədə tələblər

  • Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
  • Vergi qanunvericiliyi üzrə zəruri biliklər;
  • MS Excel proqramında işləmə bacarığı (əsas tələblərdən biridir);
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs;
  • Komandada işləmək bacarığı;
  • Məntiqi və analitik yanaşması yüksək olan namizədlərə üstünlük verilir.

 

Təcrübə: Namizəd mühasibatlıq sahəsində minimum 1 il işləməlidir.

 

Biz nə təklif edirik?

  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Vergi uçotu və hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
  • Peşəkar mühasiblərdən öyrənmək imkanı;
  • Karyera və peşəkar inkişaf perspektivi;
  • Əmək müqaviləsi və stabil iş şəraiti.

 

Əmək haqqı

Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.

 

📍 İş yeri: Bakı şəhəri, Nərimanov r, Ə. Rəcəbli küç. 19A, IST PLAZA.

🏢 Şirkət: FINDATAX Consulting

 

Müraciət etmək üçün CV-nizi [email protected] mail ünvanına göndərin.

  • Daily4
  • Weekly584
  • Monthly601