Vəzifə öhdəlikləri:
- Şirkətin brend imicinə uyğun olaraq sosial media, reklam, çap materialları, təqdimatlar və digər vizual məzmunların hazırlanması;
- Kreativ ideyaların vizual həllərə çevrilməsi;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək kampaniyalar üçün dizayn materiallarının hazırlanması;
- Mövcud dizayn materiallarının optimallaşdırılması və yenilənməsi;
- Çap və rəqəmsal platformalar üçün ölçü və formatlara uyğun dizaynların işlənməsi;
- Müxtəlif layihələr üzrə qrafik üslubun vahidliyinin qorunması;
- Bazar trendlərinin izlənməsi və dizayn prosesinə tətbiq edilməsi;
- Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (dizayn və ya əlaqəli sahələr üstünlükdür);
- Adobe Photoshop, Adobe Illustrator və Adobe InDesign proqramlarında yüksək səviyyədə bilik;
- Digər dizayn proqramları ilə işləmək bacarığı (CorelDraw, After Effects və s. üstünlükdür);
- Kreativ düşüncə və detallara diqqət;
- Komanda ilə işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı;
Portfolionun təqdim olunması mütləqdir.
Üstünlüklər:
- UI/UX dizayn üzrə təcrübə;
- Reklam agentliyi və ya iri şirkətdə iş təcrübəsi.
İş şəraiti:
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək Haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Qrafik Dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.