Konsaltinq və audit xidmətləri sahəsində yüksək keyfiyyətdə xidmət göstərən müəssisəmizə, brendimizin rəqəmsal platformalarda mövqeyini gücləndirəcək zəngin iş təcrübəsinə malik SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
🔹 Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, Telegram və s.) idarə olunması və inkişaf etdirilməsi.
🔹 B2B və korporativ sektora uyğun aylıq SMM strategiyasının və kontent planının (post, reels, story) hazırlanması.
🔹 Şirkətin xidmətlərinə (audit, konsaltinq və s.) uyğun maarifləndirici, cəlbedici vizual və mətn məzmunlarının yaradılması.
🔹 Hədəf kütləyə uyğun reklam kampaniyalarının (Meta Ads, LinkedIn Ads) qurulması, büdcənin idarə edilməsi və optimallaşdırılması.
🔹 Daxil olan rəy və mesajların vaxtında və peşəkar şəkildə cavablandırılması.
🔹 Sosial media göstəricilərinin (reach, engagement, conversion) analizi və aylıq hesabatların hazırlanması.
Tələblər:
🔹 Xidmət/B2B/Konsaltinq sahəsində SMM üzrə ən azı 2-3 il iş təcrübəsi (Portfel göstərilməsi mütləqdir).
🔹 Azərbaycan dilində səlis və qrammatik baxımdan düzgün yazı qabiliyyəti (Rus və ya ingilis dili biliyi üstünlükdür).
🔹 Meta Ads Manager və LinkedIn Ads ilə işləmək təcrübəsi.
🔹 Əsas dizayn və video redaktə proqramlarından (Canva, CapCut, Photoshop və ya Premiere) istifadə bacarığı.
🔹 Korporativ etikaya yiyələnmə, yüksək məsuliyyət və vaxtı idarəetmə qabiliyyəti.
İş şərtləri:
🔹 İş qrafiki: 5 günlük, 09:00 – 18:00.
🔹 Əməkhaqqı: Namizədin biliyinə, təcrübəsinə və portfelinə əsasən razılaşma yolu ilə müəyyən olunur.
Müraciət qaydası:
📩 Maraqlanan namizədlər öz CV-lərini və fəaliyyətlərini əks etdirən portfellərini mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
ℹ️ Qeyd: Yalnız portfeli olan və tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.