Finekspertiza Group MMC Finekspertiza Group MMC
  • 177

SMM Mütəxəssisi (Social Media Specialist)

SMM Mütəxəssisi (Social Media Specialist)

  • Deadline 4 September 2026

​Konsaltinq və audit xidmətləri sahəsində yüksək keyfiyyətdə xidmət göstərən müəssisəmizə, brendimizin rəqəmsal platformalarda mövqeyini gücləndirəcək zəngin iş təcrübəsinə malik SMM mütəxəssisi axtarırıq.

 

​Vəzifə öhdəlikləri:

🔹 Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, Telegram və s.) idarə olunması və inkişaf etdirilməsi.

🔹 B2B və korporativ sektora uyğun aylıq SMM strategiyasının və kontent planının (post, reels, story) hazırlanması.

🔹 Şirkətin xidmətlərinə (audit, konsaltinq və s.) uyğun maarifləndirici, cəlbedici vizual və mətn məzmunlarının yaradılması.

🔹 Hədəf kütləyə uyğun reklam kampaniyalarının (Meta Ads, LinkedIn Ads) qurulması, büdcənin idarə edilməsi və optimallaşdırılması.

🔹 Daxil olan rəy və mesajların vaxtında və peşəkar şəkildə cavablandırılması.

🔹 Sosial media göstəricilərinin (reach, engagement, conversion) analizi və aylıq hesabatların hazırlanması.

 

​Tələblər:

🔹 Xidmət/B2B/Konsaltinq sahəsində SMM üzrə ən azı 2-3 il iş təcrübəsi (Portfel göstərilməsi mütləqdir).

🔹 Azərbaycan dilində səlis və qrammatik baxımdan düzgün yazı qabiliyyəti (Rus və ya ingilis dili biliyi üstünlükdür).

🔹 Meta Ads Manager və LinkedIn Ads ilə işləmək təcrübəsi.

🔹 Əsas dizayn və video redaktə proqramlarından (Canva, CapCut, Photoshop və ya Premiere) istifadə bacarığı.

🔹 Korporativ etikaya yiyələnmə, yüksək məsuliyyət və vaxtı idarəetmə qabiliyyəti.

 

​İş şərtləri:

🔹 İş qrafiki: 5 günlük, 09:00 – 18:00.

🔹 Əməkhaqqı: Namizədin biliyinə, təcrübəsinə və portfelinə əsasən razılaşma yolu ilə müəyyən olunur.

 

​Müraciət qaydası:

📩 Maraqlanan namizədlər öz CV-lərini və fəaliyyətlərini əks etdirən portfellərini mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

 

​ℹ️ Qeyd: Yalnız portfeli olan və tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily98
  • Weekly408
  • Monthly425