FinexKredit BOKT FinexKredit BOKT
  • 445

Kredit üzrə Baş Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kredit üzrə Baş Mütəxəssis

  • Deadline 19 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair tələblər:

  • Ali təhsil (iqtisadi, maliyyə, kredit sahəsi üzrə)
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının qayda, prosedur və  təlimatlarını bilmək
  • Qızıldan anlayışı olmaq
  • Lombard, biznes, istehlak və s. kredit məhsulları üzrə təcrübəsi olmaq
  • Təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
  • Yaş: 22-45
  • İş təcrübəsi: Maliyyə Bazarları sahəsində minimum 3 il
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə) 
  • Komanda ilə işləmək bacarığı
  • İnandırmaq və razı salmaq qabiliyyəti yüksək olmaq
  • Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
  • Stressə davamlı və öyrənməyə maraqlı, 
  • Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
  • Diqqətli, Dürüst və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
  • Kredit portfelini idarə etmək, müştəri cəlb etmək
  • MKR (Mərkəzləşdirilmiş Kredit Reyestri) – AKB (Azərbaycan Kredit Bürosu) ilə işləmək bacarığı olması
  • Hesabatları vaxtlı vaxtında hazırlayıb təqdim etmək (Mərkəzi Bank və.s qurumlara) 
  • BOKT-nin  strategiyası və onun tərkib hissəsi olan: əməliyyat planının, maliyyə planlaşması, biznes siyasəti, maliyyə hədəflərinin, marketinq planının işlənib hazırlanmasında  iştirak etmək;
  • Müştərilərin mövcud portfelinin monitorinqini aparmaq, maliyyə vəziyyətini təhlil etmək;
  • Kredit portfelinin işlək vəziyyətdə saxlamaq, kredit portfelini təhlil etmək, riskləri idarə etmək, kredit təminatlarının adekvatlığının təmin olunması üçün tədbirlər görmək, Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Kredit Bürosuna və fəaliyyəti ilə bağlı olan digər qurumlara qanunvericilik və qaydalarda nəzərdə tutulmuş müvafiq hesabatları hazırlamaq və təqdim etmək; 
  • Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və kredit müqaviləsi üzrə ödənişləri gecikdirən problemli müştərilərlə iş aparmaq, o cümlədən, bu cür müştərilərlə ünsiyyət qurmaq;
  • Problemli müştərilərlə gecikmiş kreditlərin ödənilməsi barədə danışıqlar aparmaq, danışıqlar nəticə vermədikdə Qanunvericilikdə Və BOKT-nin daxili qayda, təlimat və prosedurlarında nəzərdə tutulmuş tədbirləri həyata keçirmək və bu barədə mütəmadi rəhbərliyi məlumatlandırmaq.
  •  BOKT-nin İdarəetmə orqanlarının qərarlarını,İdarə Heyətinin sədrinin əmr və sərəncamlarını icra etmək;
  • Qüvvədə olan qanunvericiliyin, Azərbaycan Respublikası Mərkəzi Bankının və BOKT-nin daxili prosedur və qaydalarının tələblərinə riayət etmək;
  • Fəaliyyəti ilə bağlı müntəzəm olaraq Kredit Departamentinin direktoruna və İdarə Heyətinin sədrinə hesabatlar vermək
  • Kredit almaq üçün müraciət etmiş müştərilərin maliyyə vəziyyətini təhlil etmək, qaydalara və digər prosedurlara uyğun olaraq kreditin verilməsi planını hazırlamaq,  rəhbəri ilə razılaşdırmaq və həyata keçirmək;
  • Kredit portfelinin inkişafı və ödəniş qabiliyyətli yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görmək, kredit satışını həyata keçirmək 
  • Baş ofis tərəfindən verilmiş kreditlər üzrə bütün məlumatların sistemə daxil etmək, filiallar tərəfindən verilmiş kreditlərin kredit məlumatlarının sistemə düzgün daxil edilməsini yoxlamaq və nəzarət etmək. 
  • Daxil olan kredit ödənişlərinin (terminal, bank) BOKT-nin proramında silinməsini həyata keçirmək
  • Bazar konyukturasına uyğun yeni kredit məhsullarının yaradılması üçün Rəhbərliyə təkliflər vermək və aktiv iştirak etmək;
  • Ona həvalə edilən əmək funksiyalarını peşəkarlıqla və keyfiyyətlə icra etmək.
  • Departamentin Əsasnaməsinə uyğun olaraq fəaliyyətin icrasını təmin etmək;
  • BOKT-nin müştərilərinə Qanunvericilik və BOKT-nin daxili qayda və prosedurlarına uyğun olaraq etik davranış qaydaları çərçivəsində yüksək peşəkar xidmət göstərilməsini təmin etmək; 
  • Bu sahədə bazar araşdırılmasını həyata keçirmək , o cümlədən rəqib BOKT-lərin  kredit şərtlərini araşdırmaq;
  • Departament üzrə hədəflərin yerinə yetirilməsini təmin etmək
  •  Tam maddi məsuliyyət və kommersiya sirrini qorumaq;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinin tələblərini, eləcə də BOKT-in daxili normativ sənədlərini (qayda, təlimatlar, prosedurlar və s.)  bilmək və onlara riayət etmək.

İş barədə məlumat:

  • Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək
  • Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək məqsədi ilə müvafiq işlər görmək (reklam və s.)
  • Gecikmiş kreditlərin ödənilməsini borclulardan təmin etmək,
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

Əmək haqqı:

  • Müsahibə əsasında təyin ediləcək.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “kredit üzrə baş mütəxəssisi” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, 19.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly21
  • Monthly9