F Fintech Lab MMC
  • 305

Korporativ Satış mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış mütəxəssisi

  • Deadline 28 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Potensial korporativ müştərilərin araşdırılması, hədəf siyahısının hazırlanması və soyuq/isti təmasların qurulması;
  • Müştəri sənəd proseslərinin təhlili və platformanın onlara verəcəyi qənaətin rəqəmlərlə əsaslandırılması;
  • Onlayn və üzbəüz demo görüşlərinin təşkili, platformanın canlı təqdimatı
  • Fərdi kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilənin bağlanması;
  • Yeni müştərinin platformaya köçürülməsi (onboarding) prosesinin müşayiəti;
  • Mövcud portfelin idarə edilməsi, abunəliyin uzadılması və portfelin böyüdülməsi;
  • Aylıq satış planının icrası, həftəlik hesabatın rəhbərliyə təqdim edilməsi;
  • Bütün təmasların və satış mərhələlərinin CRM sistemində qeydiyyatı;
  • Müştərilərdən gələn geri bildirimlərin məhsul komandasına ötürülməsi.

Tələblər:

  • B2B / korporativ satış sahəsində minimum 1 il təcrübə;
  • Ali təhsil (marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat üzrə üstünlük verilir);
  • Azərbaycan dilini səlis bilmək; rus və ya ingilis dili üstünlükdür;
  • MS Excel-də sərbəst işləmək bacarığı (hesabat, sadə analiz);
  • CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Güclü danışıq, təqdimat və etirazlarla işləmə bacarığı
  • Bakı daxilində müştəri görüşlərinə çıxmaq imkanı
  • Rəqəmsal məhsul / SaaS satışı təcrübəsi böyük üstünlükdür

İş barədə məlumat:

  • Əmək haqqı: 600 AZN + bonus.
  • İş yeri: Bakı, Ə. Rəcəbli küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00

CV-lərinizi “Korporativ Satış mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır. 

  • Daily0
  • Weekly653
  • Monthly2406