Vəzifə öhdəlikləri:
- Yanğından mühafizə sistemlərinin mexaniki hissəsinin layihələndirilməsi və texniki nəzarəti;
- Sprinkler, drençer, hidrant və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına nəzarət;
- Boru diametrləri və hidravlik hesablamaların aparılması;
- Yanğın nasosları, klapanlar və digər mexaniki avadanlıqların texniki uyğunluğunun yoxlanılması;
- Layihə çertyojlarının və izometrik sxemlərin oxunması;
- Montaj və commissioning işlərinin koordinasiyası;
- Hidravlik və təzyiq sınaqlarının təşkili;
- Görülmüş işlərin layihə və texniki standartlara uyğunluğuna nəzarət;
- Texniki hesabat və icra sənədlərinin hazırlanması.
Namizədə tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Yanğınsöndürmə sistemləri üzrə praktiki bilik;
- AutoCAD proqramında işləmə bacarığı;
- Mexaniki çertyoj və izometrik sxemləri oxuma bacarığı;
- Hidravlik hesablamalar üzrə bilik;
- NFPA və EN standartları üzrə bilik üstünlükdür;
- Analitik düşüncə və texniki problemləri həll etmək bacarığı;
- Komandada işləmək və sahə işlərini koordinasiya etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq, 2000 AZN-dən başlayaraq
- Rəsmi əmək müqaviləsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.