Fire Safety Caspian Azerbaijan Fire Safety Caspian Azerbaijan
  • 356

Satış və Marketinq üzrə Rəhbər

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış və Marketinq üzrə Rəhbər

  • Истекает 1 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətlər qrupumuza satış və marketinq istiqamətlərinin strateji idarə olunmasını həyata keçirəcək, prosesləri sıfırdan qura və effektiv idarəetmə sistemi formalaşdıra biləcək peşəkar namizəd axtarılır.

Vəzifə öhdəlikləri:

  • Şirkətlər qrupu üzrə satış və marketinq strategiyasının hazırlanması və icrasının təmin edilməsi
  • Satış hədəflərinin müəyyənləşdirilməsi və nəticələrin idarə olunması
  • Marketinq fəaliyyətlərinin planlaşdırılması, büdcələşdirilməsi və effektivliyinin ölçülməsi
  • Satış komandasının formalaşdırılması, idarə olunması və inkişaf etdirilməsi
  • Yeni bazar imkanlarının araşdırılması və biznes inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi
  • Korporativ müştərilərlə münasibətlərin qurulması və idarə olunması
  • Brend mövqeyinin gücləndirilməsi və bazar payının artırılması
  • Müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər:

  • Satış və marketinq sahəsində minimum 5 il iş təcrübəsi
  • Rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür
  • Strateji düşüncə və yüksək idarəetmə bacarıqları
  • Güclü liderlik, kommunikasiya və təqdimat qabiliyyəti
  • Analitik yanaşma və nəticəyönümlü idarəetmə bacarığı
  • Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlük hesab olunur
  • MS Office və rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı 2500-4000 AZN və bonus sistemi
  • Korporativ iş mühiti və karyera inkişafı imkanları

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Göndərilən məktubun “mövzü” yerində “Satış və Marketinq üzrə Rəhbər” qeyd edin.

  • Daily52
  • Weekly52
  • Monthly778