Fire Safety Caspian Azerbaijan Fire Safety Caspian Azerbaijan

Yanğından mühafizə sistemləri üzrə layihəçi mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yanğından mühafizə sistemləri üzrə layihəçi mühəndis

  • Истекает 5 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yanğın siqnalizasiya, yanğınsöndürmə və digər yanğından mühafizə sistemləri üzrə layihələrin hazırlanması, smeta sənədlərinin tərtib edilməsi, texniki auditlərin aparılması və normativ tələblərə uyğunluğun təmin edilməsi.

Əsas vəzifə öhdəlikləri

  • Layihələndirmə
  • Yanğın siqnalizasiya sistemlərinin layihələrinin hazırlanması;
  • Obyektlərin təyinatına uyğun texniki həllərin seçilməsi;
  • AutoCAD proqramında işçi layihələrin işlənməsi;
  • Layihə sənədlərinin yerli və beynəlxalq standartlara uyğun hazırlanması;
  • Texniki spesifikasiyaların və avadanlıq siyahılarının tərtibi.
  • Smeta və Hesablamalar
  • Layihələr üzrə material və avadanlıq həcmlərinin hesablanması;
  • BOQ (Bill of Quantities) və spesifikasiyaların hazırlanması;
  • Kommersiya təklifləri və smetaların tərtibi;
  • Layihələrin büdcə analizinin aparılması;
  • Təchizatçılardan qiymət təkliflərinin toplanması və müqayisəli təhlili.
  • Audit və Texniki Nəzarət
  • Mövcud yanğın təhlükəsizlik sistemlərinin auditinin aparılması;
  • Obyektlərdə texniki baxış və qiymətləndirmələrin keçirilməsi;
  • Uyğunsuzluqların müəyyən edilməsi və texniki rəy hazırlanması;
  • Audit hesabatlarının və tövsiyələrin təqdim edilməsi;
  • Layihələrin normativ sənədlərə uyğunluğunun yoxlanılması.

Tələb olunan bilik və bacarıqlar

  • Yanğın siqnalizasiya və yanğından mühafizə sistemləri üzrə peşəkar biliklər;
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı;
  • Layihə-smeta sənədlərinin hazırlanması təcrübəsi;
  • AZS, NFPA, EN, СНиП və digər normativ sənədlər üzrə biliklər;
  • Texniki hesabatların hazırlanması bacarığı;
  • Analitik düşüncə və detallara diqqət.

Əmək haqqı: 2500-3000 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Göndərilən məktubun “mövzü” yerində “Yanğından mühafizə sistemləri üzrə layihəçi-mühəndis” qeyd edin.

  • Daily1
  • Weekly1
  • Monthly727