İş şəraiti:
- Sektor: Karton istehsalı
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M
- Əmək haqqı: 850 AZN
- İş qrafiki: 6 günlük, 08:00 - 17:00
İşin Təsviri:
FLAZER MMC kağız və karton məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Anbar işlərini yerinə yetirəcək avtokar sürücüsü tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Kağız istehsalında istifadə olunan bobinlərin avadanlıqlara yerləşdirilməsi;
- Tırlardan bobinlərin boşaldılması və anbara düzgün şəkildə yığılması;
- Hazır karton məhsullarının yük maşınlarına yüklənməsi və yerləşdirilməsi;
- Gündəlik tapşırıqların planlı, operativ və təhlükəsiz şəkildə yerinə yetirilməsi;
- Avtokarın texniki vəziyyətinə nəzarət etmək, nasazlıq olduqda rəhbərliyə məlumat vermək;
- Rəhbər şəxsin tapşırıqlarına vaxtında və düzgün əməl etmək.
Namizədə Tələblər:
- Yaş: 25-40 yaş arası;
- İş təcrübəsi: Minimum 1 il avtokar və elektrokar üzrə sürücülük təcrübəsi;
- Sürücünün peşəkarlıq sənədləri (şəhadətnaməsi) tam qaydasında olmalıdır;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməli;
- Məsuliyyətli, diqqətli, işə planlı yanaşması və komanda ilə işləmə bacarığı.
Şirkət Təklif Edir:
- Sabit əmək haqqı və rahat iş mühiti;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Əlaqə:
Vakansiyaya yalnız Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz. Mövzu hissəsində "Avtokar sürücüsü" qeyd etməyiniz xahiş olunur.