Sektor: Karton istehsalı
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M
- Əmək haqqı: 700 AZN
- İş qrafiki: 6 günlük, 08:00 - 17:00
İşin Təsviri:
- Flazer MMC karton istehsalı zavodunda Operator köməkçisi vakansiyası elan edir. Namizəd istehsalat proseslərində operatora dəstək göstərməli və texniki əməliyyatların dəqiq icrasını təmin etməlidir.
Vəzifə Öhdəlikləri:
- Avadanlıqların və texnoloji xətlərin düzgün işləməsinə nəzarətdə operatora kömək etmək;
- Texnoloji problemləri analiz etmək və onların həllində iştirak etmək;
- Məhsulların keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- Materialların emalı və paketlənməsi proseslərində iştirak etmək.
Namizədə Tələblər:
- Təhsil: Ali təhsil; (Texnik sahə üzrə ali təhsil üstünlükdür)
- İş təcrübəsi: Tələb olunmur;
- Yaş: 25-40 yaş arası;
- Dil bilgisi – Rus dili biliyi arzu olunandır
- Texniki biliklərə malik olmaq;
- Məsuliyyətli, diqqətli, işə planlı yanaşması və komanda ilə işləmə bacarığı.
Şirkət Təklif Edir:
- Sabit əmək haqqı və rahat iş mühiti;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Təcrübə və peşəkar inkişaf imkanları;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Əlaqə:
Vakansiyaya yalnız Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz. Mövzu hissəsində "Operator Köməkçisi" qeyd etməyiniz xahiş olunur.