Operator köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Operator köməkçisi

  • Deadline 29 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sektor: Karton istehsalı
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M
Əmək haqqı: 600 AZN
İş qrafiki: 6 günlük, 08:00 - 17:00

İşin təsviri:

Flazer MMC karton istehsalı zavodunda Operator köməkçisi vakansiyası elan edir. Namizəd istehsalat proseslərində operatora dəstək göstərməli və texniki əməliyyatların dəqiq icrasını təmin etməlidir.

Vəzifə öhdəlikləri:

  • Avadanlıqların və texnoloji xətlərin düzgün işləməsinə nəzarətdə operatora kömək etmək;
  • Texnoloji problemləri analiz etmək və onların həllində iştirak etmək;
  • Məhsulların keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
  • Materialların emalı və paketlənməsi proseslərində iştirak etmək.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: Tələb olunmur;
  • Yaş: 20-30 yaş arası;
  • Texniki biliklərə malik olmaq;
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı.

Şirkət təklif edir:

  • Sabit əmək haqqı və rahat iş mühiti;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Təcrübə və peşəkar inkişaf imkanları;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.

Əlaqə:

Vakansiyaya yalnız qeyd edilmiş elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz. Mövzu hissəsində "Operator köməkçisi" qeyd etməyiniz xahiş olunur.

  • Daily19
  • Weekly547
  • Monthly2190